Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qondarma erməni soyqırımı ilə bağlı əsl həqiqətlər

Qondarma erməni soyqırımı ilə bağlı əsl həqiqətlər

Bakı, 22 aprel, AZƏRTAC

Daşnakların dənizdən-dənizə “böyük Ermənistan” dövləti yaratmaq planı Birinci Dünya müharibəsi ərəfəsində daha geniş miqyas aldı. Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı dövlətinin 3-cü ordusuna rəh¬bərlik edən Ənvər paşa Ərzurumda erməni liderləri ilə görüşündə yəqin etdi ki, ermənilər müharibə başlanacaq təqdirdə Osmanlı dövlətinə xəyanət edəcəklər. Çünki çar Rusiyası gələcəkdə müharibənin nəticəsindən asılı olaraq, Os¬manlı ərazisində erməni muxtar dövlətinin yaradılmasına təminat verməklə, bu ərazidə yaşayan erməniləri Türkiyəyə qarşı müharibəyə cəlb edə bil¬mişdi. Birinci Dünya müharibəsi ərəfəsində çar II Nikolayın Qafqaza gəlişi və ermə¬nilərə osmanlılara qarşı əməkdaşlıq təklif etməsi məsələni daha da ciddiləş¬dirdi. Çar Tiflisdəki nitqini: “Qoy, rus bayrağı altında üzən gəmilər Bosfor və Dar¬danel boğazlarında sərbəst hərəkət etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini qura bilsin. Çar hökumətinin himayəsi altında qan qardaşlarınızla birləşərək, nəhayət, hürriyyət və ədalət nemətlərinə qovuşacaqsınız. Ermənilərin sədaqətinə inanıram, erməni xalqını xoş gələcək gözləyir. Sizi əmin edirəm, arzunuz yerinə yetiriləcək!” kəlmələri ilə bitirdi.

Belə¬liklə, çar II Nikolayın bu qərəzli və təhrikedici çıxışı ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə iştirakını təmin etdi. Türk torpaqlarının işğalı¬na və əhalisinin məhv edilməsinə hazırlaşan erməni silahlı birləşmələri erməni kilsəsin¬dən xeyir-dua aldılar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovun “24 aprel - qondarma erməni soyqırımı və əsl həqiqətlər” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir: “Çarın bu bəyanatından sonra ermənilərin bir qismi Osmanlı torpaqlarına soxulan rus ordusuna qoşuldu, digər hissəsi isə mallarını və mülklərini sataraq könüllü erməni dəstələrinə yazıldılar. Dinc türk əhalisinə qarşı həyata keçirilən qırğınlarda fəal iştirak edən ermənilər bölgəni yaxşı tanıdıqları üçün həm ruslara bələdçilik edir, həm də təxribatlar törətməklə məşğul olurdular.

1914-cü il noyabrın 1-də rus ordusu Qafqaz istiqamə¬tində Osmanlı sərhədlərini keçdi. Qars, Ərdəhan və Batum uğrunda döyüşlərdə hər iki tərəf böyük itki verdi. Lakin Sarıqamış yaxınlığındakı döyüşdə bir tərəfdən sərt qış, digər tərəfdən rus ordusunun daha güclü hazırlığı türklərdən 90 min əsgər və zabitin əsir alınması ilə nəticələndi. Rus ordusunun Şərqi Anadoluya daxil ol¬ması ermənilərin türklərə qarşı kütləvi qırğın törətməsi üçün şərait yaratdı. Rus ordusunun tərkibindəki ermənilər yerli ermənilərlə birləşərək heç bir günahı ol¬mayan yüz minlərlə dinc əhalini qətlə yetirir və onları öz dədə-baba yurdlarından didərgin salırdılar. 1915-ci ilin yanvarında Sarıqamış, 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Muş rus ordusu və erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Ermənilər müsəlman kəndlərini qarət edir, yandırır, əhalini fərqinə varmadan qılıncdan keçirirdilər. Dinc əhalini zorla evlərə, məscidlərə dolduraraq diri-diri yandırırdılar. Qocaları və uşaqları torpağa basdırır, hamilə qadınların qarnını yırtıb körpələri çıxarıb boğur, anaları öz balalarının ətini yeməyə məcbur edirdilər. Kazım Qarabəkir paşa ABŞ generalı Harborda göndərdiyi məktubda yazırdı: “Azad etdiyimiz şəhərdə dəhşətli bir mənzərə ilə rastlaşdım. Şəhərdə sağ qalmış heç kimə rast gəlmədim. Bütün uşaqların bədənləri süngülərlə dəlik-deşik edilib. Qocaları və qadınları zirzəmilərə doldurub diri-diri yandırıblar, gəncləri balta ilə şaqqalayıb asıblar. Həmvətənlərimin bu faciəsi insanın qəlbinə dağ çəkir…”

Müharibə dövründə Daşnaksütyun partiyası tərəfindən hazırlanmış təlimatlar hər bir erməni əsgərinə ünvanlanmışdı. Təlimatda deyilirdi: “Osmanlı sultanının səfərbərlik elanı ilə silah altına çağırılan ermənilər bu çağırışa uymamalı və ətrafdakı başqa xalqların da orduya qatılmasına mane olmalıdır.

- Hansı vasitə ilə olursa-olsun silah altına alınmış ermənilər orduda fərarilik edib erməni könüllü birləşmələrinə qatılmalıdırlar;

- Rus qoşunları sərhədi keçər-keçməz bütün erməni silahlı birləşmələri rus ordusuna qoşularaq Osmanlı ordusuna hücum etməlidir;

- Cəbhə arxasında iki yaşından yuxarı bütün müsəlmanların hər vasitə ilə qətlə yetirilməsi həyata keçirilməlidir;

- Müsəlmanların mal və mülkünü ələ keçirmək və ya yandırıb məhv etməkdə tərəddüd etmək cinayətdir;

- ermənilər tərk edəcəkləri evlərini, əkin sahələrini, kilsə və xeyriyyə evlərini yandırıb bunların müsəlmanlar tərəfindən törədildiyini bütün dünyaya yaymalıdırlar;

- Rəsmi dövlət dairələrini məqsədyönlü şəkildə qızışdırmaq, osmanlı zabitlərini və jandarmalarını pusquya salaraq qətlə yetirmək;

- Cəbhədən yaralı qayıdan osmanlı əsgərlərini qətlə yetirmək;

- Dinc əhali yaşadıqları ərazilərdən köçməyə məcbur etmək;

- Bomba və silah emal, tədarük və ya idxal edərək bütün erməniləri silahlandırmaq;

- Ermənilərin törətdikləri qiyam və qətliamları müsəlmanların üstünə yıxaraq bunların xaricdə nəşr edilməsinə nail olmaq;

- Osmanlı ərazisində müttəfiq dövlətlərin xeyrinə casusluq və yönəldici hərəkətlər etmək”.

Ermənilərin yerli əhaliyə qarşı həyata keçirdikləri bu qırğınlar Osmanlı dövlətini müəyyən müdafiə tədbirləri görməyə məc¬bur etdi. Belə ki, 1915-ci ilin mayın ortalarında Van, Bitlis və Ərzurumdan erməni əhalisi döyüş meydanından uzaqlaşdırıldı. Bununla da türklərin rus və ingilislərə qarşı döyüşlərində ermənilərin neytrallığı təmin edildi. Eyni zamanda, Osmanlı dövlətinin hərbi rəhbərliyi türklərə və digər müsəlmanlara ermənilərə qarşı hər hansı zorakılıq törətməyi qadağan edən göstəriş verdi. 1919-cu il yanvarın 30-da Londonda çıxan “The Times” qəzeti yazırdı: “Köçürülən erməni əhalisinin gələcək¬də öz evlərinə qayıtması və əmlakına sahib durması üçün Osmanlı hökuməti tərə¬findən xüsusi komissiya yaradıldı. Komissiyanın işi erməni əhalisinin siyahıya alınmasından ibarət idi. Komissiyanın sənədlərində dönə-dönə qeyd olunur ki, müharibə başa çatandan sonra erməni əhalisi öz evlərinə qaytarılacaqdır”.

Antantanın təbliğat maşını və erməni millətçiləri sübut etmək istəyirlər ki, Birinci Dünya müharibəsi illərində Osmanlı ərazisində bir milyondan çox erməni öldürülüb. Bunun üçün fakt kimi müharibəyə qədər Osmanlı ərazisində er¬mənilərin 2,5 milyon nəfər olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi məlumatına görə, mü¬haribəyə qədər bu ərazidə 1,3 milyon erməni yaşayırdı. Gös¬tərilən əhalinin yalnız yarısı döyüş əməliyyatları gedən ərazidə yaşayırdı. Mü¬hari¬bə dövründə yarım mil¬yon erməni Türkiyədən Qafqaza və başqa yerlərə köçmüş, 150-200 min erməni Qərbi Avropa və ABŞ-a mühacirət etmiş və ehtimal etmək olar ki, ölən əhalinin sayı 200 min nəfər olub. Təbii ki, bu rəqəmin içində təkcə köçürmə nəticə¬sində ölənlər yox, aclıqdan, soyuqdan ölənlər və itkin dü¬şənlər də var. “The Times” qəzeti yazır: “Bu, danılmaz həqiqətdir ki, müharibə illərində Osmanlı ərazisində iki milyon türkün həyatına son qoyulub”.

Erməni ideoloqları dünyanı inandırmaq istəyir ki, guya 1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində qırılmasına dair yazılı göstəriş vermişdi. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd, ümumiyyətlə, yoxdur.

Erməni təbliğatı ilə bağlı ingilis jurnalisti Skotland-Liddelin söylədiyi fikirlər necə də yerinə düşür. 1918-1920-ci illərdə Cənubi Qafqazda baş verən hadisələri yaxından izləyən jurnalist yazır: “Ermənilər həmişə özlərinə savaş axtarırlar, təbliğatlarında bunu sıxışdırmaq kimi qələmə verirlər. Əslində bu, onların özlərinin qazandıqları cəzadır. Daşnaklar üçün öldürülmüş erməni çox qiymətlidir. Bu ölüm hadisəsi təbliğat üçün çoxlu xeyir gətirə bilər". Skotland Liddel Nuru paşanın aşağıdakı sözlərini misal gətirir: "Erməninin nə vaxt və necə ölməsindən asılı olmayaraq, başını məzardan qaldırır və qışqırır: mən kütləvi qırğın zamanı öldürülmüşəm".

1920-ci ildə Qərb dövlətlərinin Osmanlı dövlətini parçalamaq planı təbliğ olunan dövrdə Aram Andonyanın “Ermənilərin kütləvi şəkildə öldürülməsi haqqında rəsmi sənədlər” adlı saxta əsəri də bir neçə dildə işıq üzü gördü. A.Andonyan bu əsərini qısa müddət ərzində Paris, London və Bostonda ingilis, fransız və alman dillərində nəşr etdirdi. Aram Andonyan bildirirdi ki, ingilis qoşunlarının Aleppoya (Hələb şəhəri) hücumu zamanı o, Osmanlı çinovniki Naim bəylə görüşmüş və daxili işlər naziri Tələt paşanın ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi haqqında şifrəli əmrini ondan almışdır. İngilis dilində nəşr olunmuş kitabda 48 “rəsmi osmanlı sənədi” verildiyi halda, fransız nəşrində bu rəsmi sənədlərin məzmununda və sayında kəskin fərqlər mövcuddur. Andonyanın “rəsmi sənədləri” içərisində 14 şəkil verilib. Müəllifdən şəkillərin əsli tələb olunduqda, o bunları itirdiyini bildirmişdi. Andonyanın sənədlərinin saxta olduğu heç kimə sirr deyil. Çünki müəllif bu saxta sənədləri tərtib edərkən müsəlman dövlətləri üçün məcburi etiket qaydasını belə yaddan çıxarmış, “Bismillahir-rəhmanir-rəhim” sözlərini belə unutmuşdu. İkincisi, Andonyan saxta sənədlərə tarix qoyarkən müsəlman təqvimi əvəzinə rum təqvimindən istifadə etmişdir. Andonyanın yazdığından belə çıxır ki, bu hadisə 2 mart 1916-cı ildə baş verib. Bir sözlə, Andonyanın bu saxtakarlığı hamıya məlum olsa da, lakin bir çox dövlətlərin maraqlarına cavab verdiyindən bu böhtanlar bu gün də siyasilərin diqqət mərkəzindədir.

Qondarma 24 aprelin uydurulmasına və onun təbliğinə kömək göstərən əsərlərdən biri də yəhudi mənşəli Frans Verfelin “Qırx gün Musa dağında” əsəridir. Əslində, müəllif sonralar dəfələrlə etiraf edib ki, bu əsər bədii əsərdir. Lakin erməni ideoloqları və onların havadarları qısa zaman ərzində bu əsərə tarixi don geydirərək onu dünyanın müxtəlif dillərinə tərcümə edərək yayılmasına nail oldular. Əvvəla, onu qeyd etmək lazımdır ki, Frans Verfel qələmə aldığı bölgədə heç vaxt olmayıb. İkincisi, əsərdə qeyd olunan hadisələrlə bağlı müəllifin əlində heç bir sənəd də yox idi. Lakin müəllif etiraf edir ki, bu əsərin qələmə alınması üçün məlumatları ona Vyanadakı erməni dostları verib. Ölümünə yaxın Frans Verfel yazdığı bədii əsərin ermənilər tərəfindən böyük məharətlə saxtalaşdırıldığını təəssüflə etiraf etdi. Bunu açıq şəkildə etiraf etməkdə acizlik göstərməyin səbəbi terrorçu daşnak qüvvələrindən ehtiyat etməsi idi.

Osmanlı imperiyasını parçalamaq üçün Paris Sülh Konfransına yığışan Qərb dövlətləri 24 apreldən canfəşanlıqla istifadə etməyə başladılar. Konfransın təşkil etdiyi komissiya Osmanlı rəhbərlərinin gizli yazış¬malarını diqqətlə yoxladıqdan sonra ermənilərin kütləvi surətdə qətlə yetirilməsi haq¬qında heç bir sənəd və əmrə rast gəlmədi. Əksinə, Avropadan gələn məmurlar belə faktla rastlaşdılar ki, köçürülən erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün Osmanlı dövləti tərəfindən onlarla əmr və göstəriş verilib.

Əslində, 24 apreldə nə baş vermişdi? Doğrudan da Osmanlı dövlətinin daxili işlər naziri Tələt paşa 1915-ci il aprelin 24-də sənəd imzalamışdı. Həmin sənəd bu gün müxtəlif dillərdə dünyanın ayrı-ayrı arxivlərində saxlanılır. Sənəddə söhbət Osmanlının ayrı-ayrı şəhərlərində üsyana hazırlaşan erməni təşkilatlarının rəhbərlərinin həbs olunmasından gedir. Bu sənəddə söhbət erməni əhalisinin köçürülməsi və onlara qarşı soyqırımın həyata keçirilməsindən getmir. Sənəddə qeyd olunur ki, erməni komitələrinin rəhbərliyi altında Zeytun, Bitlis, Sivas və Vanda baş vermiş üsyanların təkrarlanmaması üçün üsyan rəhbərlərinə qarşı həbs qəti imkan tədbirinin seçilməsinə ehtiyac vardır. Doğrudan da bir gün sonra - aprelin 25-də İstanbulda erməni üsyançı qruplaşmasının Daşnaksütyun və Qnçaq-dan olan rəhbərliyi həbs olundu. Ayrı-ayrı vilayətlərdə isə bu həbslər bir neçə gün sonra başladı.

Amerika tarixçisi Stenford Corc Şou yazırdı: “Osmanlı ərazisində müsəlman əhalisinə qarşı ilk qırğınlar 1915-ci il mayın 14-də Van şəhərində rus ordusunun iştirakı ilə erməni dəstələri tərəfindən törədildi. İki gün ərzində şəhə¬rin müsəlman əhalisi qılıncdan keçirilərək onlara olmazın işgəncələri verildi. Osmanlı ərazisində rus ordusunun himayəsi altında "Erməni Van dövləti” yaradıl¬dı. Van soyqırımından sonra erməni və rus birləşmələrinin Bitlis vilayətinə hü¬cumları başladı. Mosula qədər böyük bir ərazi erməni daşnak qüvvələrinin işğalı altına düşdü. 1915-ci il iyulun ortalarına qədər Van ərazisinə 250 min erməni kö¬çürüldü. Halbuki, bu ərazidə 50 mindən artıq erməni yaşamamışdı.

1915-ci il iyulun ortalarından etibarən ermənilərin bu ərazilərdə törətdikləri cinayətlərin sayı-hesabı yox idi. İyulun ortalarından sonra Osmanlı ordusunun əks-hücumu nəticəsində geri çəkilən rus-erməni ordusu ilə birlikdə erməni əhalisi də bu əraziləri tərk etməyə başladı. 200 minlik erməni əhalisi rus ordusunun müşayiəti ilə Cənubi Qafqaz istiqamətinə üz tutdu. Düzdür, bir çox yerlərdə bu əhali kürdlərin hücumlarına məruz qaldı. Çünki kürdlər də erməni soyqırımına məruz qalanlardan idilər.

Birinci Dünya müharibəsi illərində erməni-osmanlı münasibətlərinə dair həm obyektivlik baxımdan, həm də sənədlərin əksəriyyəti qeyri-müsəlman müəllif¬lərinə məxsus olduğuna görə, ABŞ konqresi kitabxanasında saxlanılan “Bristolun sənədləri” diqqəti cəlb edir. Bu külliyyatda qeyd olunur ki, “dəqiq statistik mən-bələrdən məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın erməni həlak olub. Ölən əhali türklər tərəfindən soyqırımına məruz qalmamış, soyuqdan, aclıqdan və köçürülərkən tələf olublar. 1,5-2 milyon ermənin ölümü ilə bağlı iddialar fərziyyədən başqa bir şey deyil. Müharibə gedən ərazidə insanların ölümü və itkin düşməsi adi bir hal¬dır”. Bristolun sənədlərində göstərilir ki, qeyd olunan dövrdə 2,5 milyon tür¬kün həyatına son qoyulub. Türklərin ölümü və öldürülməsi ermənilərdən daha faciəli olub.

Yuxarıdakı faktlardan belə nəticəyə gəlmək olar ki, Birinci Dünya müharibəsi il¬lərində Osmanlı ərazisində soyqırımına məruz qalan ermənilər yox, türk-müsəlman əhalisi olmuşdur. Osmanlı ərazisində öz mənfur planlarını reallaşdıra bilməyən erməni silahlı dəstələri geri çəkilərək Azərbaycanın cənubunda, qərbində və şimalında türk-müsəlman əhalisinə qarşı kütləvi qırğınlara başladılar.

1918-1920-ci illərdə daşnak hərbi birləşmələri tərəfindən azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımlarla bağlı kifayət qədər sənədlər mövcuddur. Çox təəssüflər olsun ki, 70 illik sovet dönəmində ermənilər havadarlarının yaxından köməyi sayəsində yalançı erməni soyqırımını təbliğ etdikləri halda, bolşevik ideologiyasına sadiqliyini nümayiş etdirən Azərbaycan tərəfi xalqlar dostluğunun tərənnümü ilə məşğul olurdular. Son nəticədə ermənilər yalançı göz yaşları və yalançı təbliğatları ilə qərb dövlətlərinin parlamentlərinə yol açdılar. 24 aprel böyük dövlətlərin siyasi alverinə çevrildi. Gerçəkliyi öyrənmək üçün arxivlər yox, parlament kürsülərinə üstünlük verildi.

Otuz ilə qədər erməni işğalına məruz qalan Azərbaycanın tarixi torpaqları ilə bağlı dünyanın nüfuzlu təşkilatları ədalətli mövqe sərgiləmədi, təcavüzə məruz qalanla təcavüzkarı bərabər tutdular, Azərbaycanın haqlı tələblərini eşitmək istəmədilər. Beynəlxalq hüququn gücsüzlüyünü görən Azərbaycan gücün hüququndan istifadə edərək 44 gün ərzində öz tarixi torpaqlarını düşmən əsarətindən azad etdi. Qarabağ azaddır, Qarabağ Azərbaycandır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Son 5 ayda DSMF-nin fəaliyyət istiqamətləri üzrə alınan elektron arayışların sayı açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb

Qızıl həftəni itkilərlə başa vurur

® “AccessBank” müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb

Ötən gün narkotiklərlə əlaqəli 35 fakt müəyyən olunub

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” keçiriləcək

Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür

Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb

XRİTDX-nin hazırladığı “Tusi Paleon” aləti tələbələrə təqdim edilib

Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır

Azərbaycan enerji sektorunda regionun əsas mərkəzlərindən birinə çevrilib ŞƏRH

Prezidentlər Mirziyoyev və Putin Özbəkistan AES-in 1-ci enerji blokunun tikintisinə start veriblər

Bu gün su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür

Seçmə mərhələ: Qadın futbolçulardan ibarət Azərbaycan yığması Macarıstana qarşı

Qızılgüllə səhv salınan pionun yetişdirilmə sirləri – istixanadan REPORTAJ VİDEO

Qızılgüllə səhv salınan pionun yetişdirilmə sirləri – istixanadan REPORTAJ VİDEO

Düşənbədə Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Heç kəsə bənzəməyən imza – Vaqif Səmədoğlu

Azərbaycan velosipedçiləri Avropa çempionatına hazırlıq çərçivəsində beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

BMT süni intellektin planetin təbii ehtiyatlarına mənfi təsirini araşdırıb

Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir

Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən təhsil işçilərinə “TəhsilPlus” kartları təqdim olunub

DİM: qəbul imtahanının 2-ci cəhdində iştirak üçün 28 minədək abituriyent qeydiyyatdan keçib

Qubada “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi təşkil olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Ekspert: Ətraf mühitin mühafizəsi sahəsində qəbul edilən hüquqi sənədlər müsbət nəticələr verir

Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Futbol üzrə Azərbaycan millisi bu gün Malta ilə qarşılaşacaq

Azərbaycan nefti 100 dollara satılır VİDEO

Azərbaycan nefti 100 dollara satılır VİDEO

Ağstafa rayonu Köçvəlili kəndi fasiləsiz içməli su ilə təmin edilib

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

ABŞ-li jurnalist Çin kəşfiyyatına çalışdığını etiraf edib

Yaponiya və ABŞ süni intellektin inkişafına birgə bir milyard dollar sərmayə yatıracaq

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bu gün Ümumdünya Ətraf Mühit Günüdür

Almaniya və Fransa Balkan ölkələri və Moldovanın Aİ-yə inteqrasiyası üçün plan hazırlayıb

ÇXR Sədri Si Cinpin Şimali Koreyaya səfər edəcək

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

BMT qeyri-qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

MDU-nun rektoru: Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir

Nümayəndələr Palatası Ukraynaya təxminən 2 milyard dollar yardım ayırmaqla bağlı qanun layihəsini qəbul edib

“Politico”: ABŞ Almaniyaya “Tomahawk” raketlərinin tədarükünü ləğv edə bilər

İsrail və “Hizbullah” Livanın cənubunda hücumları davam etdirir

Türk Dünyası Qadınlar Birliyinin yaradılması ilə bağlı addımlar nəzərdən keçirilib

ABŞ Kuba Prezidentinə qarşı sanksiyalar tətbiq edib

Azərbaycan və Gürcüstanın şəhər və rayonları arasında davamlı inkişaf istiqamətində təcrübə mübadiləsi aparılıb

Ukrayna təmsilçisi yeni mövsüm üçün peşəkar klub lisenziyası əldə edə bilməyib

Tramp Putin və Zelenskinin görüşməsi ehtimalından məmnun olduğunu bildirib

Gürcü politoloq: İrimiqyaslı layihələr Azərbaycanın regional mərkəz kimi mövqeyini daha da gücləndirir

AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin yubileyinə həsr olunmuş müsabiqənin qalibləri məlum olub

Vato Şakarişvili: Azərbaycan regionun potensialının maksimum şəkildə reallaşdırılması üçün ardıcıl siyasət aparır

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur

“Liverpul” yeni baş məşqçisini açıqlayıb

Putin: Rusiya və Ukrayna arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər

Vaxo Çaraia: BTQ layihəsi çoxşaxəli faydalar verə biləcək strateji təşəbbüsdür

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Tural Məmmədov: Azərbaycan internetdən asılı olmayan suveren dövlət xidmətləri qurur

Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Elvin Balacanov: Rəqəmsal dayanıqlılığın əsasını peşəkar kadrlar və əməkdaşlıq təşkil edir

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb

Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub

Aİ Livan Silahlı Qüvvələrinə 100 milyon avroluq yeni yardım paketini təsdiqləyib

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir

İctimai Birlik sədri: Eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası artır

Sabah Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Alim Qasımov: Eşitmə məhdudiyyətli uşaqların cəmiyyətin diqqət və dəstəyinə ehtiyacı var

Azərbaycanlı rejissor Mossovet Teatrının Beynəlxalq Rejissor Laboratoriyasının finalçısı olub

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Mütəxəssis: Bəzən saniyələrlə olan gecikmələr belə kritik rəqəmsal infrastrukturlar üçün ciddi təsirlər yarada bilər

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb

Ankarada “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər təşkil olunub

Ayxan Abbasov: Yoldaşlıq matçlarında həm yaxşı oyun, həm də yaxşı nəticə istəyirik

Laşa Amaşukeli: BTQ-nin modernləşdirilməsinin başa çatması Gürcüstan və Azərbaycan üçün mühüm mərhələdir

Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir

Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb

Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir

AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb

Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir