REGİONLAR
Quba və Qusardan olan şagirdlər 8 imtahan mərkəzində biliklərini sınayacaq
Quba, 29 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 30-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış imtahanlarında Quba və Qusar rayonlarından olan, ümumilikdə, 5 min 229 şagirdin iştirakı nəzərdə tutulub. Onlardan 3 min 32 nəfəri IX, 2 min 197 nəfəri isə XI sinif şagirdidir.
AZƏRTAC xəbər verir ki, orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün təşkil olunan imtahanların keçirilməsi üçün Qubada 5, Qusarda isə 3 imtahan mərkəzi yaradılıb.
DİM-in Xaçmaz Regional Bölməsindən bildirilib ki, imtahanlara 260 nəzarətçi müəllim, o cümlədən 22 imtahan rəhbəri cəlb ediləcək. Bütün mərkəzlərdə imtahanların keçirilməsi üçün lazımi şərait yaradılıb.
Sonuncu buraxılış imtahanları respublikanın 28 şəhər və rayonunda, ümumilikdə, 181 binada aparılacaq. Həmin gün 57 min 910 şagirdin imtahan verməsi nəzərdə tutulur.
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.
Abituriyentlər imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni götürməlidirlər.