REGİONLAR


Qubada postda saxlanılan şəxsin avtomobilindən nərə balıqları aşkarlanıb

Quba, 25 yanvar, Elxan Yusifli, AZƏRTAC 

Qubada postda saxlanılan şəxsin avtomobilindən balıqları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində Xaçmaz rayonu Xudat şəhər sakini Telman Vəliyevin idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar. Şöbə əməkdaşları sürücünün sənədlərini yoxladıqdan sonra nəqliyyat vasitəsinin yük yerinə baxış keçiriblər. Bu zaman oradan T.Vəliyevə məxsus qanunla ovlanması qadağan edilmiş ümumi çəkisi 20 kiloqrama yaxın beş ədəd nərə balığı aşkar olunub.

T.Vəliyev qanunvericiliyə uyğun olaraq saxlanılaraq RPŞ-yə gətirilib.

Faktla əlaqədar Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.