REGİONLAR


Qubadlı Məşğulluq Mərkəzi ötən il 180 nəfəri işlə təmin edib

Sumqayıt, 13 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Ölkəmizin 42 şəhər və rayonunda məskunlaşan qubadlılıların məşğulluğunun artırılması istiqamətində Qubadlı Rayon Məşğulluq Mərkəzi tərəfindən müvafiq tədbirlər görülür. 2018-ci ildə 679 nəfər məcburi köçkün Mərkəzdə işaxtaran kimi qeydiyyata alınıb.

Qubadlı Rayon İcra Hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, bunlardan 180 nəfər işlə təmin edilib, 83 nəfərə isə işsizlik statusu verilərək müavinət təyin olunub. Həmçinin ötən il ərzində sakinlərin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilib. Rayon icra hakimiyyəti başçısının Sabirabad, Saatlı, İmişli, Xızı rayonlarında və digər yerlərdə keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müəyyən işlər görülüb. Xızı rayon Sitalçay qəsəbəsində məcburi köçkünlərin yaşadıqları ərazidə yaranmış içməli su problemi rayon rəhbərliyinin köməyi ilə aradan qaldırılıb, kənd yollarına 3200 kvadratmetr asfalt örtüyü çəkilib.

Sumqayıt şəhəri “BTZ bağları” adlanan yaşayış massivində Çardaxlı kənd tam orta məktəbinə gedən yola 5 min 200 kvadratmetr, “Yaşıldərə” yaşayış massivində yerləşən Xıdırlı kənd orta məktəbinə gedən yola, 9-cu mikrorayonda 29 və 30 saylı binaların həyətinə 1500 kvadratmetr asfalt döşənib. Bununla yanaşı, “Betonzavod” deyilən ərazidə məskunlaşan sakinlərin yolu rahat şəkildə keçmələri üçün piyada keçidi quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.