REGİONLAR
Qubadlı rayonunun Mahmudlu kəndi FOTO
Bakı, 27 may, AZƏRTAC
Qubadlı rayonunun Mahmudlu kəndi Bazarçayın sahilində, dağlıq ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Mahmudlu kəndinin görüntülərini təqdim edir.