REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivindən yeni tamaşa - “Yeddi qızın anası” VİDEO
Qusar, 19 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi oktyabr ayının sonunda tamaşaçılara yeni səhnə əsərini təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, tamaşa yerli dramaturq Şafəddin Gərayxanovun “Yeddi qızın anası” əsəri əsasında hazırlanıb.
Teatrın rejissoru Bağır Əhmədovun quruluş verdiyi səhnə əsərində 20 nəfərlik aktyor heyəti yer alıb.
Komediya janrında olan tamaşada baş rolları Günay Hacıyeva, Elnur Hacıyev, Tamara Məmmədova və Həsrət Nəsrullayev ifa edəcəklər.
Səhnə əsərinin süjet xətti milli-mənəvi və ailə dəyərlərimizdən, ləzgi xalqının adət-ənənələrindən bəhs edir.
Tamaşa oktyabrın 25-26-da Qusar Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [15:58]
Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıta səfərdə olub
- 10.05.2024 [13:05]
Naxçıvanda iki gənc göldə boğulub
- 09.05.2024 [23:02]
Neftçalada yol qəzası olub, xəsarət alanlar var
- 09.05.2024 [20:44]