RƏSMİ XRONİKA
RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 10-da Heydər parkında Azərbaycan Prezidenti İlham Əliyevin Salyan rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşü olmuşdur.
Dövlətimizin başçısı görüşdə nitq söylədi.
X X X
Sonra Prezident İlham Əliyev sakinlərlə görüşüb səmimi söhbət etdi, onların qayğı və problemləri ilə maraqlandı.
Rayon ağsaqqalları, ziyalılar və başqaları Prezidentə dərin təşəkkürlərini bildirdilər, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində Salyan rayonuna göstərilən diqqət və qayğıdan razılıq etdilər, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini xatırladaraq, onun siyasi xəttinin bu gün uğurla davam etdirildiyini söylədilər.