İQTİSADİYYAT
REGİONAL GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, BMT İnkişaf Proqramı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, ”Dünyanı Öyrənmək” Beynəlxalq Təşkilatı, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin maliyyə dəstəyi ilə keçirilən ikigünlük bu görüşü qeyri-hökumət təşkilatları- “Ümid” Hümanitar və Sosial Dayaq Mərkəzi, ”Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası təşkil etmişdilər. Tədbirdə Naxçıvan şəhəri, Şərur, Ordubad, Culfa, və Babək rayonları ictimaiyyətinin nümayəndələrinə Proqramın yerinə yetirilməsi gedişi, sənəddə nəzərdə tutulmuş bələdiyyə, iqtisadi inkişaf, enerji və ekologiya, turizm bölmələri haqqında məlumat verilmiş, həmin sahələrdə görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır.
Proqram Katibliyinin rəhbərliyi və ekspertləri görüş iştirakçılarını maraqlandıran suallara cavab vermişlər.