SİYASƏT
RESPUBLİKAMIZIN TƏHSİL İŞÇİLƏRİ “YENİ AZƏRBAYCAN NAMİNƏ” İCTİMAİ HƏRƏKATA QOŞULMUŞLAR
Azərbaycan Respublikası Təhsil Şurasının ümumrespublika toplantısı məruzə və çıxışları dinləyərək
Q ə r a r a a l ı r:
1. Azərbaycan Respublikası Təhsil Şurası “Yeni Azərbaycan Naminə” İctimai Hərəkata qoşulsun.
2. Azərbaycan Respublikasında 2003-cü il oktyabrın 15-də keçiriləcək seçkilərdə Heydər Əlirza oğlu Əliyevin prezidentliyə namizədliyinin müdafiə olunması ilə bağlı Azərbaycan Respublikası Təhsil Şurasının ümumrespublika toplantısı iştirakçılarının bəyanatı qəbul edilsin.
3. Azərbaycan Respublikası Təhsil Şurasının Nizamnaməsinə uyğun olaraq, bu il sentyabr ayının əvvəllərində Azərbaycan müəllimlərinin XII qurultayının çağırılması Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təklif edilsin.
X X X
Toplantıda Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak edirdilər.