SİYASƏT
RUMINİYA PREZİDENTİ AZƏRBAYCANA GƏLƏCƏK
Rumıniya Prezidenti Trayan Besesku gələn il Azərbaycana gələcəkdir. AZƏRTAC xəbər verir ki, bunu Rumıniyanın ölkəmizdəki səfiri Nikolaye Ureke demişdir.
Səfərin əvvəlcə bu il həyata keçirilməsinin nəzərdə tutulduğunu deyən diplomat, onun Azərbaycandakı seçki prosesi ilə bağlı təxirə salındığını bildirmişdir.
N.Ureke ölkəsinin Baş nazirinin də gələn il Azərbaycana səfər edəcəyini demişdir.