SİYASƏT
RUSİYA MDB ÖLKƏLƏRİ İLƏ HƏRBİ-TEXNİKİ ƏMƏKDAŞLIĞIN YENİ MƏRHƏLƏSİNƏ QƏDƏM QOYUR
AZƏRTAC-ın “Novosti” agentliyindən aldığı xəbərə görə, Rusiya Xarici Ölkələrlə Hərbi-Texniki Əməkdaşlıq Komitəsi başçısının müavini Vladimir Palişşuk bildirmişdir ki, Rusiya Müstəqil Dövlətlər Birliyinin ölkələri ilə hərbi-texniki əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur.
O demişdir: “Biz nəinki Rusiyanın hər növ hazır silahının bu ölkələrə satılması və göndərilməsi barədə, həm də yeni növ silahların birgə layihələşdirilməsi və istehsalına dair dialoq aparırıq. Bundan başqa, biz öz silah nümunələrimizlə üçüncü ölkələrin bazarlarına çıxmaq siyasəti üzərində birlikdə işləyirik”. Palişşuk bildirmişdir ki, Rusiyanın bu sahədə Belarus, Qırğızıstan və Ukrayna ilə münasibətləri dinamik inkişaf edir, Azərbaycan, Ermənistan, Tacikistan və Özbəkistanla da yaxşı əlaqələr var.