SİYASƏT
RUSİYA PREZİDENTİ “QAFQAZ DÖRDLÜYÜ” ÇƏRÇİVƏSİNDƏ ƏLAQƏLƏRİ ZƏRURİ SAYIR
Rusiya Prezidenti Vladimir Putin RF-ni, Azərbaycanı, Ermənistanı və Gürcüstanı birləşdirən “Qafqaz dördlüyü”nün liderləri arasında mütəmadi əlaqələri zəruri hesasab edir.
İTAR-TASS-dan AZƏRTAC-a verilən xəbərə görə, Rusiya dövlətinin başçısı yanvarın 28-də Kiyevdə prezidentlər Heydər Əliyev, Robert Koçaryan və Eduard Şevardnadze ilə keçirilmiş görüşdə demişdir ki, “terrorizmlə mübarizə, qayda-qanun yaradılması və bütün ölkələrdə dövlətçiliyin möhkəmləndirilməsi məsələlərinin aktuallığı baxımından bu əlaqələr Qafqaz üçün çox zəruridir”.
Vladimir Putin belə bir görüşü məqsədəuyğun saydıqları üçün dövlət başçılarına təşəkkürünü bildirmişdir. O, vurğulamışdır ki, “bu, hakimiyyətin digər qollarının nümayəndələrini də daha fəal işləməyə sövq edəcəkdir”.