İQTİSADİYYAT
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi vakansiyalara 450 nəfər sənəd verib
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dövlət qulluğunda çalışmaq istəyənlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) müsabiqəyə təqdim etdiyi 16 vakansiyaya xüsusi maraq göstərib və 450 nəfər sənəd verib.
Qeyd edək ki, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulması prosesi iki mərhələdən-test imtahanı və müsahibədən ibarətdir. Test imtahanında uğur qazananlar müsahibədə iştirak etmək hüququna yiyələnirlər.