İQTİSADİYYAT
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qobustanda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov oktyabrın 31-də saat 11-də Qobustan rayonunda vətəndaşları qəbul edəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda Qobustan, Ağsu, Şamaxı və Abşeron rayonlarında əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, əhalini maraqlandıran məsələlərlə bağlı müraciətlər dinləniləcək.
Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 nömrəli “Qaynar xətt”, 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən sakinlər zərurət olduğu halda, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyatla təmin olunacaqlar. Bunun üçün Qobustan rayonunda 245-01-19, Ağsu rayonunda 226-44-99, Şamaxı rayonunda 265-39-34 və Abşeron rayonunda 341-04-99 nömrəli telefonlara zəng etmək lazımdır.