ELM VƏ TƏHSİL


Regionlarda məktəblilər üçün olimpiadalara hazırlıq dərsləri təşkil olunacaq

Regionlarda məktəblilər üçün olimpiadalara hazırlıq dərsləri təşkil olunacaq

Bakı, 6 mart, AZƏRTAC

Gəncə, Şəki-Zaqatala, Quba-Xaçmaz regionlarında təhsil alan məktəblilər üçün riyaziyyat və informatika olimpiadalarına hazırlıq məqsədilə “Technest” təqaüd proqramı elan edilir.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Technest” təqaüd proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində yaradılıb. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Təqaüd proqramı bölgələrdə İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi və Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylərlə birgə həyata keçiriləcək.

Təqaüd qazanan şagirdlər pulsuz olimpiada dərslərinə cəlb olunacaqlar.

Qeyd edək ki, təqaüd proqramından yararlanmaq istəyən şagirdlər www.olimpiada.edu.az  saytında qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.