MƏDƏNİYYƏT


Respublika Günü münasibətilə Türkiyənin “Bengü Türk” televiziyasında xüsusi veriliş yayımlanıb VİDEO

İstanbul, 29 may, AZƏRTAC 

Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti verilişi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102-ci ildönümünə həsr olunub.

AZƏRTAC xəbər verir ki, həmyerlimiz Səidə Ömərin təqdimatında bir ildən artıq Azərbaycan həqiqətləri ilə Türkiyə ekranlarına gələn proqramın növbəti nömrəsində Türkiyənin məşhur sənətçiləri yeni növ koronavirusla mübarizə tədbirləri ilə əlaqədar olaraq evlərindən videogörüntü ilə Azərbaycanı salamlayıb, ürək sözlərini canlı ifalarla çatdırıblar. Bayram proqramında, həmçinin Türkiyənin ictimaiyyət və siyasət nümayəndələri Azərbaycana təbrik mesajlarını ünvanlayıblar.

Verilişdə, Azərbaycanın müstəqillik və inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub, S.Ömərin ifasında Azərbaycanın görkəmli şairlərinin şerləri səsləndirilib, milli rəqslər ifa edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.