Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Respublika Gününün Ağdamda qeyd olunması ümummilli məsələnin ən yeni təsdiq tarixidir

Respublika Gününün Ağdamda qeyd olunması ümummilli məsələnin ən yeni təsdiq tarixidir

Bakı, 1 iyun, AZƏRTAC

28 May - Respublika Günü Azərbaycan tarixində nə qədər önəmli bir gündürsə, Prezident İlham Əliyevin məhz həmin gün Ağdama reallaşdırılan səfəri də bir o qədər vacib və tarixi əhəmiyyətə malik hadisədir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlara səfəri o ərazilərin azad olunduğu gün, tarix qədər coşqulu, qürurverici hadisə olmaqla yanaşı, həm də dünyaya Azərbaycan xalqının bir daha əzmini və Vətən sevgisini sübut edən bir hadisə və mesajdır. Prezident İlham Əliyevin Ağdama budəfəki səfərinin məna yükü isə daha dərin, daha anlamlı idi. Belə ki, dövlətimizin başçısının özünün də ifadə etdiyi kimi, bu mərasim, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Lakin məhz Respublika Gününü Ağdam şəhərində qeyd etmək Azərbaycan xalqının və Liderinin dövlətçilik tarixinə göstərdiyi hörmət onun nə qədər dərin köklərə və milli kimliyə bağlı olmasının ən bariz nümunəsidir. Azərbaycan xalqının malik olduğu bu qürur və tarixi reallıqlar fonunda isə ermənilər 30 il ərzində dövlət qura bilmədilər. Azərbaycan Prezidenti də qeyd etdiyi kimi, deməli, bu xalq dövlət qura bilmir, ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. 1918-ci ildə Şərqdə ilk demokratik respublika quran xalq isə 2020-ci ildə XXI əsrin müharibə tarixində misli görünməmiş Zəfər əldə etdi. Müharibə dövründə bir gün də olmadı ki, Azərbaycan əsgəri geriyə addım atsın. Müharibə zamanı elə bir gün olmadı ki, Azərbaycan xalqının yumruğu yumşalsın, açılsın, sarsılsın. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında yumruq kimi hər gün daha da sıx birləşir, bütün dünyaya Vətən yolunda sinəsini sipər etməyin nə demək olduğunu göstərirdi. Tarix boyu isə elə bir gün olmadı ki, düşmən nifrət siyasətindən əl çəksin, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədindən, fikrindən daşınsın.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq qeyd edib ki, Ağdam səfəri adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran və ən əsası mənsub olduğu xalqın dərin, səmimi, əvəzsiz və bir o qədər də sonsuz sevgisini, hörmətini və rəğbətini qazanan Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən qürurlu, parlaq, həm də xalqımızın ən gözəl adət-ənənələrindən biri olan ağsaqqallara, ictimai xadimlərə, sənətkarlara ehtiramının əyani sübutu idi. Səfərin ana xətti Ağdam şəhərinin Baş Planını məhz ağdamlılarla təsdiq etmək, təməlqoyma mərasimini məhz onlarla keçirmək idisə, onların xeyir-duası və qəlblərində kök salan ən dərin, bəlkə də ən əlçatmaz arzusunu reallaşdıran Prezident İlham Əliyevin güclü və müdrik bir Sərkərdə kimi tarixi missiyasının təsdiqi, həm də onun insan olaraq ən nəcib hisslərinin, xalqına sevgisinin təmiz və şəffaf aynası idi.

Politoloq qeyd edib ki, Şərqdə ilk demokratik respublikanı quran xalq XX əsrin sonlarında səriştəsiz idarəçilik səbəbindən torpaq itkisinə məruz qalmışdısa, bu gün o xalq Prezident İlham Əliyevin müdrik rəhbərliyi, əzmi, təmkini sayəsində müstəqil siyasət yürüdən və torpaqlarını düşmən tapdağından ləyaqətlə azad edən bir dövlətdir. Bu, həm də dövlətimizin başçısının verdiyi hər vədi yerinə yetirməsinin bariz nümunəsidir. Çünki Müzəffər Ali Baş Komandanın özü də ifadə etdiyi kimi, Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdi ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Hələ işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdısa, bundan sonra görüləcək hər bir tədbir dədə-baba yurdumuzda qurulacaq evlərin təməl daşları olacaq.

“Bəli, dövlətimizin başçısının Ağdama səfər etdiyi gün xalqının milli maraqlarını atdığı hər addımda əsas prioritet kimi müəyyənləşdirən bir Prezidentin sözünün təsdiqidir. Dövlətimizin başçısı da ifadə etdiyi kimi, Azərbaycan bu məsələnin sülh yolu ilə həlli üçün əlindən gələni etdi. Bu zaman kəsiyində isə işğalçını dəstəkləyən dairələr ona nə hüquqi, nə də siyasi təzyiq göstərmədilər. Əksinə, Azərbaycan xalqının mədəni abidələri, mədəni sərvəti dağıdıldı. Xalqımız doğma-yurd yuvasına dönərkən daş üstündə salamat bir daş tapmadı. Azərbaycan xalqı istər müharibə dövründə, istərsə də ondan sonra atdığı bütün addımları ləyaqətlə atıb, mülki insanlara əl qaldırmayıb. Azərbaycanın Lideri dəfələrlə bəyan edib ki, torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Bu, belə də oldu. Düşmənin və onu dəstəkləyən məkrli qüvvələrin bu siyasəti də məhv edildi. Hazırkı reallığı dəyərləndirərkən əminliklə deyə bilirik ki, Azərbaycan təkcə torpaqlarını azad etmədi, həm də bölgəni siyasi oyunlarının meydanına çevirmək istəyən oyunbazların planını məhv etdi. Əfsuslar olsun ki, bu gün Ermənistan tərəfi təxribatçı əməllərindən yenə də əl çəkmir. Lakin Azərbaycan xalqının iradəsi, onun Liderinin “dəmir yumruğ”u hələ də yerindədir. Bunu həm Ermənistan, həm də ona havadarlıq etməyə çalışan bütün dairələr bilməlidir. Biz bu gün sərhədlərimizi bərpa edirik və edəcəyik”, - deyə Ş.Həsənova qeyd edib.

Politoloq deyib ki, torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir, Prezident İlham Əliyev bu ümummilli məsələnin öndə gedən bayraqdarı, Respublika Gününün isə məhz Ağdamda qeyd olunması bu məsələnin ən yeni təsdiq tarixidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin kosmosa yeni astronavtlar göndərir

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb  YENİLƏNƏCƏK

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib