CƏMİYYƏT
Respublika Seysmoloji Xidmət Mərkəzinin nümayəndə heyəti Tbilisidə keçirilən iclasda iştirak edib
Bakı, 1 oktyabr, AZƏRTAC
Tbilisidə “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkələrin genişləndirilməsi” layihəsinə həsr olunan iclas keçirilib. İclasda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, akademiyanın müxbir üzvü Qurban Yetirmişli, mərkəzin baş mühəndisi Rauf Muradov və sistem administratoru Ruqiyyə Kərimova təmsil ediblər.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konfransda ABŞ, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistanın aparıcı seysmoloqlarının təqdimatları dinlənilib. Həmçinin məlumatların qəbul edilməsi və ötürülməsi, seysmik stansiyaların monitorinqi və saxlanması, seysmik şəbəkələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Konfransda Q.Yetirmişli “Azərbaycanın seysmik şəbəkəsinin müasirləşdirilməsi” hesabatı ilə çıxış edib.