İQTİSADİYYAT


“Reuters”: Rusiya ilə Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması barədə razılığa gəlib

Bakı, 9 aprel, AZƏRTAC

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən görüşdə Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması barədə razılığa gəlib.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Rusiya ilə Səudiyyə Ərəbistanı neft istehsalının azaldılmasını nəzərdə tutan yeni sövdələşməyə razılıq verib. “OPEC+” üzrə neft hasilatının sutkada 20 milyon barrelədək məhdudlaşdırılması gözlənilir.

Qeyd edək ki, bu həcmin gündəlik 4 milyon barrelinin Səudiyyə Ərəbistanı, 2 milyon barrelədək hissəsinin Rusiya tərəfindən, qalan həcmin isə digər hasilatçılar tərəfindən qarşılanması nəzərdə tutulur.

Xatırladaq ki, icrası bu il martın 31-də başa çatan “Əməkdaşlıq Bəyannaməsi”nin uzadılması istiqamətində aparılan danışıqlar Rusiya və Səudiyyə Ərəbistanının razılığa gələ bilməməsi səbəbindən baş tutmamışdı. Koronavirus və artan tədarük fonunda isə “Brent” markalı xam neftin bir barrelinin qiyməti son 20 ilin minimumuna enərək 22 dollar olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.