ELM VƏ TƏHSİL
Riqada Moskva merinin təqaüdlərinin təqdimatı olub
Riqa, 19 aprel, AZƏRTAC
Riqada yerləşən "Moskva evi"də Moskva şəhərinin meri tərəfindən təsis edilən və 2018-2019-cu tədris ili üçün nəzərdə tutulan təqaüdlərin təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, bu təqaüdlər Latviya, Litva, Estoniya, Moldova, Ermənistan, həmçinin Azərbaycanda təhsil alan Rusiya vətəndaşları üçün nəzərdə tutulub. Təqaüd almaq üçün əsas göstərici rus dilındə təhsil almaq, yaxşı qiymətlər, ictimai fəallıq və tələbənin maddi vəziyyətidir.
Bu il Latviyada ali təhsil alan 52 rusdilli tələbə təqaüdə layiq görülüb. Təyin olunduğu 1997-ci ildən indiyədək bu təqaüdü adıçəkilən ölkələr üzrə 20 mindən artıq tələbə qazanıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa