SİYASƏT


Rotterdamda “Bakı” restoranı açılmışdır

Bakı, 22 noyabr (AZƏRTAC). Niderlandın Rotterdam şəhərinin mərkəzində burada yaşayan azərbaycanlılar tərəfindən “Bakı” restoranı açılmışdır.

Açılış mərasimində Niderland parlamentinin üzvləri, bu ölkədə akkreditə olunmuş səfirliklərin nümayəndələri iştirak etmişlər.

“Bakı” restoranının sahibləri bildirmişlər ki, restoran açmağın başlıca məqsədi Azərbaycan mədəniyyətini təbliğ etməkdir.

Mərasimdə çıxış edən Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov “Bakı” restoranının açılmasını əlamətdar hadisə adlandırmışdır.

Tədbirdə Niderland Yazıçılar İttifaqının üzvü Gülşən Lətifovanın “Bir çətir altında” kitabının təqdimatı olmuşdur.

Xatırladaq ki, Haaqada Xocalı soyqırımına həsr olunmuş memorial ucaldılmış, Rotterdam küçələrindən birinə Bakının adı verilmişdir. Bundan əlavə, İkinci Dünya müharibəsində fərqlənmiş Niderland qəhrəmanı Məmməd Məmmədovun adını daşıyan parkın açılışı nəzərdə tutulmuşdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.