SİYASƏT


Rumıniya mətbuatı Ermənistanın Gəncəni raket atəşinə tutmasından yazıb

Buxarest, 11 oktyabr, AZƏRTAC

Rumıniyanın aparıcı “Amosnews” xəbər agentliyi və “News24hours” xəbər portalı AZƏRTAC-a istinadla Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması barədə məqalələr dərc edib.

Məqalələrdə oktyabrın 11-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında məlumatlar yer alıb. Bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Gəncənin raket atəşinə tutulması ilə əlaqədar cinayət işi başlanıb. Dünya ictimaiyyəti bu cinayət barədə məlumatlandırılır.

Yazılarda Ermənistanın sülhün deyil, təcavüzün tərəfində olduğu vurğulanıb. Həmçinin Gəncəyə raket zərbəsindən sonra AZƏRTAC-ın hadisə yerindən çəkilmiş və təqdim olunmuş fotolar da öz əksini tapıb.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.