ELM VƏ TƏHSİL
Rus dili fənni üzrə dərsliyin elmi-metodik monitorinqi ilə bağlı seminar olmuşdur
Bakı, 7 fevral (AZƏRTAC). Rus dili (təlim Azərbaycan dilində olan ümum təhsil məktəbləri üçün) fənni üzrə dərslik və müəllim üçün metodiki vəsaitin elmi-metodik monitorinqi ilə bağlı seminar keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, seminarda ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Rus dili (təlim Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün) dərsliyinin və müəllim üçün metodiki vəsaitin müzakirəsi aparılmışdır.
Seminarda dərslik müəlliflərindən Nailə Bədəlova iştirak etmişdir.
Çıxış edən müəllim və mütəxəssislər dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlərini açıqlamışlar.