DÜNYA
Rusiya məktəblərində təhlükəsizlik üzrə direktor müavini vəzifəsinin təsis olunması təklif edilir
Moskva, 24 may, AZƏRTAC
Rusiya Daxili İşlər Nazirliyi (DİN) orta məktəblərdə təhlükəsizlik üzrə direktor müavini vəzifəsinin təsis olunmasını təklif edir.
AZƏRTAC xəbər verir ki, təklifi Rusiya DİN Ekstremizmlə Mübarizə Baş İdarəsi rəisinin müavini İqor Morozov irəli sürüb.
O bildirib ki, son vaxtlar məktəblilər arasında zorakılıq təbliğ edən “school shooting” adlı hərəkat yayılıb. Bu səbəbdən müşahidə kameralarının, metal axtaran qurğuların quraşdırılması, mühafizəçilərin cəlb edilməsi tədbirləri kifayət deyil. İ.Morozov vəziyyətdən çıxış yolu kimi, məktəblərdə təhlükəsizlik üzrə direktor müavini vəzifəsinin təsis olunmasını təklif edib. Onun sözlərinə görə, bu təklif artıq Rusiyanın bir neçə regionuna göndərilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]