ELM VƏ TƏHSİL
Rusiyalı arxeoloqlara Tarix Muzeyinin nəşrləri təqdim edilib
Bakı, 12 aprel, AZƏRTAC
Rus Coğrafiya Cəmiyyəti Sualtı Tədqiqatlar Mərkəzinin mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, rusiyalı sualtı arxeoloqlar əvvəlcə müəssisənin ekspozisiyası ilə tanış olublar. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşdə Xəzər akvatoriyasında gəmiçiliyin qədim tarixi ilə bağlı əşyavi mənbələr əldə etmək məqsədilə aparılan sualtı tədqiqatlardan bəhs olunub. N.Vəlixanlı muzeyin 1968-1986-cı illərdə apardığı sualtı arxeoloji tədqiqatlar barədə ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Qonaqlara muzeyin nəşrləri və kataloqlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [15:55]
“Qafqazdan dünyaya doğan günəş” - tədbir
- 10.05.2024 [15:29]
Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq
- 10.05.2024 [15:16]
Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib
- 10.05.2024 [14:23]
Müstəqilliyimizi əbədi və dönməz edən Ulu Öndər
- 10.05.2024 [14:21]
MEK Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi təqdim edir
- 10.05.2024 [14:09]