MƏDƏNİYYƏT


Rusiyalı bloger Azərbaycana səfərindən söhbət açıb

Moskva, 18 may, AZƏRTAC

Rusiyalı bloger Marina Yerşova özünün Yandeks-Dzen səhifəsində Azərbaycana səfərindən söhbət açıb.

Bloger qeyd edir ki, bu səfərə qədər Azərbaycan barədə heç bir məlumatı yox idi, indi isə xalqımızın misilsiz qonaqpərvərliyini yəqin edib.

AZƏRTAC xəbər verir ki, M.Yerşova yazır: “Qonaqpərvər azərbaycanlılar məni yerli mətbəxlə tanış etdilər. Qəndi dişləyib yemək hər bir həkimin təcrübəsinə ziddir, diyetoloq isə belə diabet ənənələrini eşitsə, şok vəziyyətinə düşər. Qəndi qara çayla içmək qəbul edilib. Tünd çay və onun çox acı dadı parça qəndlə çox gözəl tutur. Sadəcə olaraq, həm ucuz, həm də dadlı”.

Rusiyalı turist yerli mətbəxin gözəl təamlarını çox bəyənib. O bloqunda vurğulayır: “Mən belə anladım ki, azərbaycanlılar məişətdə ərzaqların ən yaxşısından istifadə edirlər. Əgər qida supermarketdəndirsə, o halda onun keyfiyyəti də yüksək səviyyədə olaraq qalır. Təbiilikdə hətta Avropanı geridə qoyur. Əgər Rusiyada pestisid gübrə ilə yetişdirilmiş meyvə-tərəvəz alırıqsa, Azərbaycanda əksinə, bütün bitkilər təbii günəş şüaları altında yetişir. Bilirsinizmi, biz ümumiyyətlə nahaq Azərbaycana səfər etdik. Yaxşı olardı ki, evimizdə oturardıq və bu ölkədə insanların necə gözəl yaşaması barədə heç vaxt öyrənməzdik. Hətta deyərdim ki, rusiyalılara ürəyim yandı. Biz sizinlə ümumiyyətlə hansı qidanı qəbul edirik? Niyə ruslar özlərinə heç hörmət etmirlər? Nəyə görə biz təbii və dadlı ərzaqlar əvəzinə özümüzü lap uşaqlıqdan preslənmiş palma yağı ilə zəhərləməliyik?”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.