MƏDƏNİYYƏT


Rusiyalı quruluşçu baletmeyster Bakıda ustad dərsləri keçib

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən ölkəmizə dəvət edilən Rusiya Akademik Böyük Teatrının quruluşçu baletmeysteri Pyotr Kazmiruk sənət ocağının balet truppasında ustad dərsləri keçib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, P.Kazmiruk ustad dərsləri keçməklə yanaşı, eyni zamanda, ayrı-ayrı solistlərin daha da peşəkar ifaçılığı üçün onlarla birlikdə çalışıb.

P.Kazmiruk 1980-ci ildə Moskvada anadan olub. Səkkiz yaşında ikən Böyük Teatrda səhnəyə qoyulan “Sirano de Berjerak” baletində iştirak edib.

1998-ci ildən Böyük Teatrda çalışan rusiyalı xoreoqraf dünyanın bir sıra ölkələrində klassik rəqs sənəti üzrə silsilə ustad dərsləri keçib. 2005-ci ildən Moskvanın “Sfera” dramatik teatrı, 2011-ci ildən M.Qorki adına Moskva Bədii Akademik Teatrı ilə əməkdaşlıq edir, həmin teatrlarda baletmeysterlik fəaliyyəti ilə yanaşı, həm də plastika və xoreoqrafiya üzrə ustad dərsləri keçir.

P.Kazmiruk quruluşçu baletmeyster kimi Rusiyanın müxtəlif teatrlarında 20-dən artıq baletə quruluş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.