DÜNYA
Rusiyanın “Eko-Kultura” tərəvəz istehlak şirkəti Özbəkistanda pomidor və meyvə istehsalına başlayacaq
Daşkənd, 6 noyabr, АZƏRTAC
Rusiyanın “Eko-Kultura” tərəvəz istehlak şirkəti Özbəkistanda pomidor istehsalına başlayacaq.
AZƏRTAC xəbər verir ki, bunun üçün 550 milyon dollardan çox vəsait ayrılıb. Surxandərya vilayətində tikilən aqrokombinat 2019-cu ildə işə başlayacaq və ildə 65,7 ton məhsul istehsal ediləcək. Ərazisi 314 hektar olan istixanalar 472 milyon dollara başa gələcək. Daha 92 milyon dollar 1000 hektar bağ salınmasına ayrılıb. Bağlarda ərik, gavalı, gilas və şaftalı yetişdiriləcək. Məhsulların saxlanması üçün anbarlar, qurudulması və dondurulması üçün isə zavodlar tikiləcək.
İstehsal edilən məhsulun 40 faizi Rusiya, 60 faizi isə Çin, Yaponiya, Koreya Respublikası, Yaxın Şərq və Avropa ölkələrinə göndəriləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd