RƏSMİ XRONİKA
Rusiyanın “Rosnano” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Anatoli Çubaysdan
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Arzum budur ki, Azərbaycanın inkişafına yönəlmiş bütün səyləriniz yüksək nəticələr versin, bütün niyyətləriniz baş tutsun, bütün təşəbbüsləriniz uğurlu olsun.
Sizə və ailənizə möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Anatoli Çubays
Rusiyanın “Rosnano” Açıq Səhmdar Cəmiyyəti
idarə heyətinin sədri