İQTİSADİYYAT


Rusiyanın Şimali Qafqaz Federal Dairəsi ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub

Bakı, 23 aprel, AZƏRTAC

Rusiya Federasiyasının Şimali Qafqaz Federal Dairəsi ilə tikinti və infrastruktur sahəsində regional əməkdaşlığın genişləndirilməsi məqsədilə videokonfrans formatında görüş keçirilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, Rusiya İxrac Mərkəzinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nuri Quliyev Rusiya müəssisələrinin Azərbaycan bazarına çıxışının dəstəklənməsi, biznes dairələri arasında qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində mərkəz tərəfindən görülən işlər barədə danışıb, sahibkarları əməkdaşlığın genişləndirilməsində fəal olmağa çağırıb.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyəti, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, Rusiya iş adamlarını ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət edib.

“Roseksimbank”ın rəhbəri Azər Talıbov qeyri-neft sektorunun müxtəlif sahələrində birgə layihələr portfelinin şaxələndirilməsi istiqamətində dəstək tədbirləri barədə fikirlərini bölüşüb.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.