RƏSMİ XRONİKA
ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Rumıniyanın dövlət başçısını və nümayəndə heyətinin üzvlərini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər qarşıladılar.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rumıniya Prezidenti Trayan Besesku və nümayəndə heyətinin üzvləri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın məzarları üstünə gül-çiçək düzdülər.
Rumıniyanın dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Rumıniyanın və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov aIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Prezident Trayan Besesku Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.