SENTYABR AYINDA 240 YOL NƏQLİYYAT HADİSƏSİ BAŞ VERMİŞDİR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, sentyabr ayında respublika ərazisində 240 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Həmin qəzalar nəticəsində 53 nəfər həlak olmuş, 287 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Qəza hadisələrinin 124-ü Bakı şəhərində baş vermişdir.