İQTİSADİYYAT
“SIĞORTA HAQQINDA” QANUN LAYİHƏSİ HAZIRLANIR
Milli Məclisin İqtisadi siyasət daimi komissiyasından AZƏRTAC-a bildirmişlər ki, Maliyyə Nazirliyinin və digər əlaqədar təşkilatların əməkdaşları ilə birlikdə “Sığorta haqqında” yeni qanun layihəsi hazırlanır. Bu yöndə qanunvericilik bazasının əsasını təşkil edəcək qanun layihəsi həmin sahədə münasibətləri, vətəndaşların sığorta hüquqlarını və sair qaydaları tənzimləyəcəkdir.
Maliyyə Nazirliyi müasir standartlara cavab verəcək mükəmməl qanunun hazırlanmasına kömək məqsədi ilə Dünya Bankına müraciət etmişdir. Bu məqsədlə bankın Azərbaycana qrant ayıracağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:12]
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib
- 26.04.2024 [11:14]
XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib
- 26.04.2024 [10:09]
Dünya birjalarında neft bahalaşıb
- 26.04.2024 [10:08]
“Azeri Light” markalı neft ucuzlaşıb
- 25.04.2024 [20:00]