CƏMİYYƏT
SOYĞUNÇULUQ ETMİŞ ŞƏXS TUTULMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 3-nə keçən gecə iki naməlum şəxs metronun “Əzizbəyov” stansiyasının yaxınlığında Elnur Məsimovun “Mercedes” markalı avtomaşınına sərnişin qismində oturub Bakıxanov qəsəbəsinə gedəcəklərini bildirmişlər. Bakıxanov qəsəbəsi ərazisində onlar E.Məsimovu bıçaqla hədələyərək mobil telefonunu, qızıl qolbağını və 40 manat pulunu alaraq hadisə yerindən uzaqlaşmışlar.
Hadisəni törətmiş Tovuz rayon sakini Zöhrab Əhmədov Sabunçu Rayon Polis İdarəsi 13-cü bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində tutulmuş, digər şəxsin tutulması üçün isə tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]