ELM VƏ TƏHSİL
SURAXANI RAYONUNUN TƏHSİL İŞÇİLƏRİ YENİ TƏDRİS İLİNDƏ QARŞIDA DURAN VƏZİFƏLƏRİ MÜZAKİRƏ ETMİŞLƏR
Səttar Bəhlulzadə adına mədəniyyət sarayında Suraxanı rayon təhsil işçilərinin ənənəvi avqust konfransı keçirilmişdir.
Rayon təhsil şöbəsinin müdiri Fərhad Həsənov hesabat məruzəsində ötən tədris ilinin yekunları barədə məlumat vermiş, yeni dərs ilində qarşıda duran vəzifələrdən danışmışdır.
Çıxış edənlər Suraxanı rayonunun qabaqcıl iş təcrübəsindən, şagirdlərin bir sıra fənn olimpiadalarında qazandıqları uğurlardan söhbət açmış, bu il 2305 suraxanılı abituriyentdən 958–nin ali məktəblərə qəbul olunduğunu vurğulamışlar.
Təhsil nazirinin müavini İradə Hüseynova rayon müəllimlərini yeni dərs ili münasibətilə təbrik etmiş, qabaqcıl müəllimlərə nazirliyin mükafatlarını təqdim etmişdir.
Azərbaycan müəllimlərinin XII qurultayına nümayəndələr seçilmişdir.
Konfrans iştirakçıları Prezident Heydər Əliyevə müraciət qəbul etmişlər.