REGİONLAR
Saatlıda heyvandarlıq məhsullarının istehsalı artır
Saatlı, 28 noyabr, Mahir Babayev, AZƏRTAC
Əsasən kənd təsərrüfatı rayonu olan Saatlıda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 695 baş iribuynuzlu mal-qara, 118 min 105 baş qoyun-keçi saxlanılır, bu da ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 131 baş çoxdur. Naxırda ana inək və camışların sayı 32 min 265 başa çatıb.
Cari ilin ötən ayları ərzində heyvandarlıq təsərrüfatlarında 6 min 782,2 ton ət (diri çəkidə), 36 min 97,6 ton süd, 194,6 ton yun, 11 milyon 858 min ədəd yumurta istehsal olunub ki, bu da keçən il istehsal olunan ətdən 2,2 ton, süddən 21,2 ton, yundan 23,7 ton, yumurtadan isə 162 min ədəd çoxdur.