“Sabirabad müasir istixana kompleksi BVB kəndli fermer təsərrüfatı” Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb
AzerTAg.az

Bakı, 5 oktyabr, AZƏRTAC
Ölkənin müasir fermer təsərrüfatlarından biri olan “Sabirabad müasir istixana kompleksi BVB kəndli fermer təsərrüfatı” MMC Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə iştirak edən əsgərlərimizə və hərbi qulluqçularımıza dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat köçürüb.
AZƏRTAC xəbər verir ki, MMC bu şərəfli dövrdə Silahlı Qüvvələrə Yardım Fonduna etdiyi maliyyə yardımı ilə ordumuzun daim yanında olduğunu bildirir.
Silahlı Qüvvələrə Yardım Fondu Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
Qarabağ Bizimdir, Qarabağ Azərbaycanındır!
Xəbərin mətnində orfoqrafik səhv var