CƏMİYYƏT
Sabirabadda maskadan istifadə etməyən şəxslər cərimələniblər
Bakı, 22 iyun, AZƏRTAC
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində tədbirləri fasiləsiz davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları sakinlərin daha sıx toplaşdıqları, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, onlara sanitar rejimin tələblərini izah edib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruriliyini diqqətə çatdırıblar.
Bununla yanaşı, xəbərdarlıqlara riayət etməyən və karantin rejiminin tələblərini pozmaqda davam edən vətəndaşlar barəsində qanuna müvafiq tədbirlər görülüb. Onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]