CƏMİYYƏT
Sabunçu qəsəbəsindən avtomobil qaçırılıb
Bakı, 23 yanvar, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edən Sabunçu qəsəbə sakini S.Quliyev yanvarın 13-də qəsəbə ərazisindən “Zil” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.
DİN-in “Təhlükəsiz Şəhər” Xidmətinin əməkdaşları avtomobilin yanvarın 22-də Hacıqabul-Horadiz yolunun 92-ci kilometrliyində hərəkətdə olduğunu müəyyənləşdiriblər. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları nəqliyyat vasitəsini saxlayıblar. Nəqliyyat vasitəsi və onu idarə edən S.Quliyev İmişli Rayon Polis Şöbəsinə təhvil verilib.
Faktla bağlı təhqiqat aparılır.