CƏMİYYƏT
Sabunçu rayonunda oğurluqla məşğul olan şəxslər saxlanılıb
Bakı, 19 may, AZƏRTAC
Sabunçu rayonunda oğurluqla məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 16-da Sabunçu rayonu ərazisindəki evlərin birindən 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini E.İsayev Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Mayın 6-da isə rayon ərazisindəki evlərin birindən televizor, tozsoran və 3 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – S.Qəzənfərov və H.Qurbanov şöbənin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.