İQTİSADİYYAT
“Şahdağ” gəmi-bərəsi təmir edilib
Bakı, 12 dekabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Şahdağ” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda təmir olunub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, təmir işləri qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib. Gəminin sualtı və suüstü hissəsi, eləcə də vaqon göyərtəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərriklər, vaqon relsləri təmir edilib. Gəmi üzrə gövdə-qaynaq, boruquraşdırma, izolyasiya, avtomatika və elektrikquraşdırma işləri yerinə yetirilib. Eyni zamanda, gəminin yaşayış və xidməti otaqları da müasir tələblər səviyyəsində təmir olunub.
Qeyd edək ki, 2005-ci ildə inşa olunan “Şahdağ” gəmi bərəsinin uzunluğu 154,5 metr, eni 18,3 metrdir. Gəmi 4850 ton yükgötürmə qabiliyyətinə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]