ELM VƏ TƏHSİL


Sahib Fərzəliyev: AzMİU-nun İnşaat fakültəsi istehsalat müəssisələri ilə əməkdaşlığa böyük önəm verir

Sahib Fərzəliyev: AzMİU-nun İnşaat fakültəsi istehsalat müəssisələri ilə əməkdaşlığa böyük önəm verir

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsi ölkəmizin inşaat sahəsi üzrə 100 illik ali təhsil ənənəsini özündə birləşdirir. Ötən illər ərzində fakültədə minlərlə yüksəkixtisaslı mühəndis kadr yetişdirilib və bu iş keyfiyyətlə davam etdirilir. İnşaat fakültəsi olaraq rəqabətədavamlılığı artırmaq məqsədilə istehsalat müəssisələri ilə əməkdaşlığa böyük önəm veririk. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Yer və yol betonlarında müasir texnologiyalar” mövzusunda konfrans da bu məqsədə xidmət edir. Konfrans çərçivəsində yer və yol betonları üzrə qabaqcıl şirkətlərin təmsilçiləri, aparıcı mütəxəssislər universitetimizin professor-müəllim heyəti və tələbələrlə görüşdülər.

Bunu “Yer və yol betonlarında müasir texnologiyalar” mövzusunda keçirilən konfransla bağlı AZƏRTAC-a açıqlamasında AzMİU-nun İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev deyib. S.Fərzəliyev bildirib ki, konfrans yer və yol betonları üzrə müasir texnologiyaların tətbiqi məsələlərində elmi-texniki tədqiqatları təşviq edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.