Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sahibə Qafarova: Azərbaycanın milli maraqlar üzərində formalaşmış siyasətinə kənar qüvvələrin təsir etmək cəhdləri əbəsdir

Sahibə Qafarova: Azərbaycanın milli maraqlar üzərində formalaşmış siyasətinə kənar qüvvələrin təsir etmək cəhdləri əbəsdir

Bakı, 6 fevral, AZƏRTAC

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, professor Sahibə Qafarova AZƏRTAC-a müsahibəsində AŞPA-nın qış sessiyasında, Avronest Parlament Assambleyasının komitə iclaslarında müzakirə olunan məsələlər, bir sıra beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standartları, eləcə də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması, dövlətimizin başçısının şəhid ailələrinə, gənclərə diqqət və qayğısı ilə bağlı sualları cavablandırıb. Müsahibəni təqdim edirik.

- Ötən həftə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası keçirildi. Bir çox mühüm məsələlərin müzakirə olunduğu bu sessiyada Azərbaycanla bağlı hansısa müzakirələr aparıldımı? Ümumiyyətlə, sessiyanın nəticələrini ölkəmiz üçün uğurlu hesab etmək olarmı?

- Bu sessiyanın gedişində konkret olaraq Azərbaycanla bağlı hər hansı bir məsələ müzakirə olunmasa da, Azərbaycan ictimaiyyətini maraqlandıran bir çox məsələlərin müzakirələrində nümayəndə heyətimizin üzvləri fəal iştirak etdilər. Deputatlarımızın çıxışlarında Azərbaycan həqiqətləri, ölkəmizin inkişafı, beynəlxalq münasibətlər sistemində fəal rolu və mövqeyi haqqında bir daha məlumat verildi. Eyni zamanda, sessiyada Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə təsdiqləndi, həmçinin nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi, bəzi həmkarlarımız siyasi qruplara, alt komitələrə yeni vəzifələrə seçildilər. Bunlara paralel olaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, bu siyasətin region üçün yaratdığı ciddi təhlükələr, həmçinin bir sıra beynəlxalq təşkilatların ikili standartlar siyasəti və digər mühüm məsələlər nümayəndə heyətimizin üzvləri tərəfindən ətraflı diqqətə çatdırıldı. Ümumiyyətlə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumda ən fəal şəkildə təmsil olunan nümayəndə heyətlərindən biridir. Bu, neçə illərdir uğurla həyata keçirilən və yaxşı təşkil olunmuş işin nəticəsidir. Azərbaycan bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir.

- Siz sessiya çərçivəsində keçirilən iclaslarda çıxışınızda 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması ilə bağlı məsələni gündəmə gətirdiniz. Ümumiyyətlə, cari ilin ölkəmizdə “Nəsimi ili” elan olunmasının əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Artıq Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə çox gözəl bir ənənə formalaşıb. Dövlət başçısı müxtəlif məsələlərə diqqət çəkmək, onların əhəmiyyətini qeyd etmək məqsədilə bu cür qərarlar qəbul edir. Məsələn, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunmuşdu. Həmin il çərçivəsində keçirilən tədbirlərdə həm ölkəmizin zəngin multikultural mənzərəsi, tolerantlıq dəyərləri təqdim olundu, həm də bir daha dünyaya mesaj verildi ki, multikulturalizmin, birgəyaşayışın alternativi yoxdur. Həmçinin 2017-ci il “İslam Həmrəyliyi İli”ndə İslam həmrəyliyinin əhəmiyyəti, dinlər arasında dialoqun sülh və təhlükəsizliyə töhfələri diqqətə çatdırıldı. Bu il isə Azərbaycanda “Nəsimi ili” elan olunub. Mən AŞPA sessiyası çərçivəsində yayılmış yazılı çıxışımda da qeyd etdim ki, Azərbaycan öz parlaq mədəniyyəti, zəngin mədəni, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töhfələr verib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mədəniyyət sahəsində çox ciddi addımlar atılıb, bu sahənin inkişafına xidmət edən mühüm qərarlar, mədəniyyət siyasətinin prioritetlərini müəyyən edən çoxsaylı normativ hüquqi aktlar qəbul edilib. Bu siyasətin əsas prinsiplərindən birini mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi təşkil edir. Avropa Şurasına üzv olan ölkələrin mədəni zənginliklərinin, mədəni mirasının qorunmasının, bu sonsuz xəzinənin gələcəyin qurulmasında rolunun təşviq olunmasının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.

Prezident İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalaması böyük əhəmiyyətə malik bir hadisədir. İmaməddin Nəsimi təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biridir. Onun əsərlərində humanizm, barış kimi ümumbəşəri ideyalar yüksək poetik şəkildə tərənnüm olunub. Onun yaradıcılığı nəinki Azərbaycan xalqının, o cümlədən bütün bəşəriyyətin fəlsəfi fikir tarixində dərin izlər qoyub. Altı əsr əvvəl yaşamış böyük şair və mütəfəkkirin Azərbaycan ədəbiyyatında və fikir tarixində müstəsna yeri var. Nəsimi böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifidir. Nəsiminin dərin poetik fikirləri, fəlsəfi görüşləri, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Şərqin böyük filosofunun fikirləri bir növ Qərb mədəniyyətinin və ədəbiyyatının nümayəndələrinin fikirlərinə bənzəyir. Azərbaycanda 2019-cu ilin məhz belə bir böyük sənətkarın adı ilə adlandırılması bir daha böyük mütəfəkkirin təbliğ etdiyi ümumbəşəri dəyərlərin, humanizm ideyalarının yaşadılmasına bir çağırışdır. Mən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin bu çağırışa cavab verəcəyinə və dünya səviyyəsində humanizm və tolerantlıq ideallarının qalib gələcəyinə inanıram.

- Bildiyimiz kimi, Avropa Parlamentində Avronest Parlament Assambleyasının komitə iclasları keçirilib. Siz qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi iclaslarda iştirak etmisiniz. Bu tədbirlər barədə məlumat verməyinizi xahiş edirik…

- Bu komitələrin iclasları may ayında keçirilməsi nəzərdə tutulan Avropa Parlamenti seçkilərindən əvvəl Avronest Parlament Assambleyasının sonuncu iclasları idi. Bu mənada iclaslar təşkilatın gələcək fəaliyyəti baxımından mühüm əhəmiyyət daşıyırdı. Həmçinin iclaslarda bir sıra məsələlər müzakirə olundu və nümayəndə heyətimiz bu iclaslarda fəal iştirak etdilər. Avronest Parlament Assambleyasının iqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunlaşma və sosial məsələlər, işlə təminetmə, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin birgə iclasında mənim məruzəm dinlənildi. Avropa Parlamentinin üzvü Mariya Qrapininin və mənim birgə hazırladığımız "Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsildə innovasiyalar və təhsil islahatları: çağırışlar və fürsətlər" adlı məruzənin bu ilin sonunda Avronest Parlament Assambleyasının növbəti plenar sessiyasında qəbul edilməsi gözlənilir. Yeri gəlmişkən, sosial məsələlər, işlə təminetmə, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin iclasına Milli Məclisin deputatı Məlahət İbrahimqızı həmsədrlik edirdi. Avronest Parlament Assambleyasının digər iki - siyasi məsələlər, insan hüquqları və demokratiya, eləcə də enerji təhlükəsizliyi komitələrinin birgə iclasında hər bir komitə üçün hazırlanmış qətnamə layihələri Avropa Parlamenti və Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin üzvləri, eləcə də Avropa Komissiyasının müvafiq bölmələrinin rəhbərlərinin və ekspertlərin iştirakı ilə müzakirə edildi. İclaslar çərçivəsində deputatlarımız Avropa Parlamentindən və Şərq Tərəfdaşlığı üzrə digər ölkələrdən olan həmkarlarımızla fikir mübadiləsi apardılar, məruzələrə edilmiş vacib əlavə və dəyişikliklərlə bağlı mövqelərini bildirdilər. Xüsusilə, bir müddət əvvəl AP tərəfindən qərəzli qətnamənin qəbul olunması müxtəlif görüşlərdə mənim tərəfimdən kəskin tənqid olundu. Bu qətnamənin qəbulunun ədalətsiz olduğu, ikili standartlar siyasətinin təzahürü olması bir daha diqqətə çatdırıldı.

- Sözügedən qətnamənin bir sıra anti-Azərbaycan dairələrin təsiri altında olan, erməni diasporuna bu və ya başqa şəkildə bağlı olan avropalı parlamentarilər tərəfindən hazırlandığı və ölkəmizə təzyiq göstərmək məqsədilə qəbul olunduğu bildirilir. Siz, bununla bağlı nə deyə bilərsiniz?

- Əlbəttə, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş siyasi təxribatdır. Burada məqsəd Azərbaycanın son illərdə bir çox sahələrdə, o cümlədən demokratik inkişaf, insan hüquq və azadlıqlarının müdafiə olunması istiqamətində əldə etdiyi nailiyyətlərə kölgə salmaq, Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaqdır. Sirr deyil ki, bundan əvvəl də dəfələrlə Azərbaycana qarşı ədalətsiz ittihamlar irəli sürülüb, bu cür heç bir əsası və hüquqi qüvvəsi olmayan qətnamələr qəbul olunub. Bu qətnamənin qəbuluna təşəbbüs göstərən və dəstək verənlər müstəqil siyasət həyata keçirən Azərbaycana təzyiq göstərmək istəyirlər. Biz bilirik ki, bu kimi təxribatların arxasında əsasən erməni lobbisi və onların maliyyələşdirdiyi riyakar siyasətçilər dayanır. Onlar Azərbaycanın işğal altında olan torpaqlarına qeyri-qanuni səfərlər edib, oradakı terrorçu, separatçı rejimin təbliği məqsədilə keçirilən tədbirlərdə fəal iştirak ediblər. Bir qisim də var ki, bunlar islamofob dairələrin təsiri altındadır və müasir, güclü dövlət kimi Azərbaycanın müstəqil siyasət həyata keçirməsindən narahat olurlar. Zaman-zaman da bu narahatlıqlarını bu kimi siyasi təxribatlarla büruzə verirlər. Bu qətnamənin qəbulunda digər bir məqsəd Azərbaycanla Avropa İttifaqı arasında mövcud yüksək səviyyəli dialoqa xələl yetirməkdir. Bilirsiniz ki, Azərbaycanla Avropa İttifaqı arasında ən müxtəlif sahələrdə, o cümlədən enerji təhlükəsizliyi sahəsində dinamik inkişaf edən münasibətlər formalaşıb, tərəflər arasında hərtərəfli əməkdaşlığa dair saziş hazırlanmaqdadır. Bu məqamda belə bir qətnamənin qəbulu danışıqları ləngitmək məqsədinə xidmət edir, lakin düşünmürəm ki, bu kimi ucuz təxribat cəhdləri əbəsdir.

- Avropa Parlamentində Azərbaycanla bağlı sözügedən absurd qətnamənin müzakirələri zamanı Ermənistanda “Erməni qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, jurnalist Mqer Yeqiazaryan uzunmüddətli aclıq aksiyasından sonra öldü. Olmayan bir hadisəyə görə Azərbaycanın ünvanına şər–böhtan danışan avropalı siyasətçilər Ermənistanda baş verən bu hadisəyə göz yumdular...

- Bəli, bu hadisənin özü belə bəzi beynəlxalq təşkilatların və siyasətçilərin, o cümlədən Avropa Parlamentinin ikili standart siyasətinin açıq bir təzahürüdür. Mən və nümayəndə heyətimizin üzvü Cavanşir Feyziyev də keçirilən görüşlərdə bununla bağlı kəskin etirazımızı bildirdik. Çox təəssüf ki, demokratiyadan, insan hüquq və azadlıqlarından dəm vuran bir çox beynəlxalq təşkilatların və siyasətçilərin Ermənistanda baş verən qanunsuzluqlara, cinayətlərə münasibətdə susqun qaldıqlarını, gözardı etdiklərini birinci dəfə deyil ki, müşahidə edirik. Sirr deyil ki, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir həll edilməmiş qalması, işğal faktının aradan qaldırılmamasının başlıca səbəblərindən biri də elə bu cür ədalətsiz, ikili standartlara yönəlmiş münasibətdir. Çünki Azərbaycan torpaqlarını işğal edən, bu zaman soyqırımı törədən və bunu hətta dövlət başçısı səviyyəsində etiraf edən bir dövlətə qarşı, onun işğalçılıq siyasətinin aradan qaldırılması ilə bağlı hər hansı təsirli tədbir görülməyib. Hətta bəzi hallarda o dövlətin mükafatlandırıldığını, işğalçılıq siyasətinin təşviq olunduğunu da müşahidə etmişik. Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış terrorçu rejimə dəstək məqsədilə bu bölgəyə qeyri-qanuni səfərlərin təşkil olunması, bir çox dövlətlərdə təşkil olunan telemarafonlar vasitəsilə onlara maddi yardımların toplanması buna bariz sübutdur. Ermənistan dövlətinə rəhbərlik etmiş cinayətkar xunta təkcə Azərbaycan xalqına qarşı böyük cinayətlər törətməyib. Bu gün ortaya çıxan faktlar və sübutlar bu hərbi canilərin öz xalqına qarşı da misilsiz cinayətlər törətdiyini göstərir. Amma Avropa Parlamenti və bu qəbildən olan bir sıra beynəlxalq təşkilatlar bu cinayətlərə göz yumub və bu, qətiyyən qəbuledilməzdir. Elə həmin siyasətçilər də bu gün Ermənistanda bir jurnalistin, siyasətçinin sırf siyasi mövqeyinə görə həbs olunması və həbsdə aclıq aksiyası səbəbindən ölməsi faktını susqunluqla qarşılayır, amma olmayan hansısa bir hadisəyə görə Azərbaycanı ittiham edirlər. Əlbəttə, Azərbaycana qarşı belə təzyiq üsulları ilə hər hansısa nəticə əldə edəcəyini düşünənlər yanılırlar. Çünki Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz.

- Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşdülər. Görüşdə Prezident İlham Əliyev şəhid ailələrinə diqqət və qayğının bundan sonra da ölkəmizdə həyata keçirilən sosial siyasətin prioritet istiqaməti olacağını, bu istiqamətdə tədbirlərin ardıcıllıqla davam etdiriləcəyini bildirdi. Siz dövlətin şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirdiyi tədbirləri necə qiymətləndirirsiniz?

- Azərbaycanda həyata keçirilən sosial siyasətin çox mühüm istiqamətlərindən birini Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlərin görülməsi onlara göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir. Vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə, eləcə də müharibə əlillərinə təqaüdlər verilir, həmin ailələr evlə, maşınla təmin edilirlər. Yəni, onların sosial rifah halının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə məqsədyönlü addımlar atılır. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilib. Bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillərin, evlərin verilməsi nəzərdə tutulub. Yəni, növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəklər ki, bu da həmin kateqoriyadan olan insanların dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqətində olduğunu göstərir. Dünyada ikinci bir ölkə yoxdur ki, şəhid ailələrinə, sosial qayğıya xüsusi ehtiyacı olan, ağır vəziyyətdə yaşayan vətəndaşlara, yaxınlarını itirmiş vətəndaşlara dövlət tərəfindən bu qədər diqqət və qayğı göstərilsin. Bu məsələ Prezident İlham Əliyevin fəaliyyətində daim prioritet təşkil edir. Sözügedən görüşdə də Prezident İlham Əliyev qeyd etdi ki, xalqa xidmət etmək onun ən böyük vəzifəsidir. “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir”, - deyən dövlətimizin başçısı bir daha sübut etdi ki, onun fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşları, onların maraq və mənafeləri dayanır. Bu mənada hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələri ilə görüşü də çox böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bununla həm də mühüm bir nümunə göstərdi ki, hər kəs Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə münasibətdə eyni dərəcədə diqqətli, humanist, layiqli şəkildə davranmalıdır.

- Siz uzun illərdir həm də təhsil sahəsində çalışırsınız və ölkəmizdə gənc nəslin düzgün tərbiyə olunması, vətənpərvərlik ruhunda yetişdirilməsi, mütərəqqi təhsil alması prosesində iştirak edirsiniz. Bu mənada hesab edirik ki, Azərbaycanda gənclər sahəsində həyata keçirilən siyasətin uğurlarını gündəlik həyatınızda görürsünüz. Ona görə istərdik ki, sizin Azərbaycanda gənclər siyasəti, müasir şəraitdə gənclərimizin intellektual hazırlığı və bu kimi digər məsələlərlə bağlı da fikirlərinizi öyrənək...

- Gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsi, intellektual inkişafı hər bir dövlət və cəmiyyət üçün strateji əhəmiyyətli məsələdir. Heç də təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə gəldikdən dərhal sonra gənclərlə düzgün işin qurulması, bu istiqamətdə səmərəli dövlət siyasətinin həyata keçirilməsini prioritet elan etdi. Çox qısa zamanda ardıcıl tədbirlər həyata keçirilərək ciddi nəticələrə nail olundu. Ulu Öndər hələ Sovet İttifaqı dövründə ölkəmizə rəhbərlik etdiyi zaman gənclərlə işə çox mühüm əhəmiyyət verərək azərbaycanlı gəncləri ittifaq miqyasında ən yüksək səviyyəli ali təhsil müəssisələrinə göndərir, onların bilikli, savadlı kadr kimi yetişməsinə mühüm əhəmiyyət verirdi. Eyni zamanda, bacarıqlı gənclər idarəetmədə irəli çəkilirdi. Müstəqillik illərində isə bu ənənələr daha da genişləndirilərək uğurla davam etdirildi. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yüksək səviyyəli inkişafı gənclərimiz üçün də böyük perspektiv və imkanlar yaradır. Qeyd etmək istərdim ki, Azərbaycan əhalisinin təxminən 35 faizini yaşı 30-a qədər olan gənclər təşkil edir. Bunun özü həm çox böyük bir göstərici, həm də ölkənin güclü inkişaf enerjisi olduğunu sübut edən məqamlardan biridir. Azərbaycan dövləti haqlı olaraq bu güclü potensialı səfərbər etmək, gənclərin imkanlarından bəhrələnmək, həm də gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi istiqamətində bütün mümkün addımları atmaqdadır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial, iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Azərbaycan gənclərlə bağlı ayrıca qanun qəbul olunmuş və dövlət proqramı icra edilən azsaylı dövlətlərdən biridir. Həm qanunda, həm də proqramda gənclərin inkişaf etdirilməsi ilə bağlı konkret tədbirlər əksini tapmaqdadır. Dövlət gənclərin potensialını səfərbər etmək və onları təşviq etmək üçün Gənclər Fondu yaradıb. Bu Fond həm gənclərin fəal yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir, onların fəaliyyətini stimullaşdırır, həm də dövlətin gəncləri idarəçiliyə cəlb etmək niyyətini ortaya qoyur.

Gənclərin sağlam ruhda böyüməsi və onların idmanla məşğul olmalarına şərait yaradılması üçün ölkənin hər bir regionunda ən müasir standartlara cavab verən idman və olimpiya kompleksləri tikilib. Gənclərin yüksək təhsil almaq imkanının təmin olunması məqsədilə müasir tipli məktəblər tikilərək istifadəyə verilib. Həmçinin gənclərin işlə təmin olunması məqsədilə son 15 ildə ölkədə 2 milyondan çox yeni iş yeri yaradılıb ki, bunun da 80 faizindən artığı gənclər tərəfindən tutulub və daimidir. Dövlət idarəçiliyində gənclərin rolunu artırmaq üçün son dövrlər bu sahədə bütün vakansiyalar məhz gənclər tərəfindən tutulur. Bütün bunlar isə bir daha göstərir ki, Azərbaycanda çox uğurlu gənclər siyasəti həyata keçirilir və bu siyasət bir çox istiqamətləri əhatə edərək gənclərin sağlam ruhda inkişafını təmin edir. Görülən işlərin məntiqi nəticəsidir ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub