İQTİSADİYYAT


Sahibkarlığın İnkişafı Fondu indiyədək 36 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verib VİDEO

Bakı, 31 iyul, AZƏRTAC

Bu vaxtadək Sahibkarlığın İnkişafı Fondu tərəfindən layihələrinin ümumi dəyəri 5,2 milyard manatdan çox olan 36 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iyulun 31-də Bakıda keçirilən “İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi” mövzusunda konfransda deyib.

Nazir müavini bildirib ki, bu kreditlər hesabına 166 mindən çox yeni iş yeri açılacaq. Həmin kreditlərin 1 milyard manatı büdcə, 1,3 milyard manatı geri qaytarılan vəsaitlər hesabına verilib. Kreditlərin 74 faizi regionlarda, 26 faizi Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib. Bu kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə müxtəlif sənaye digər sahələrin inkişafına yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.