İDMAN
Şahmat üzrə dünya çempionatı: Azərbaycan və Rusiya millilərinin görüşü heç-heçə başa çatıb
Bakı, 11 mart, AZƏRTAC
Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatının altıncı turunun oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, altıncı turda Azərbaycan komandası Rusiya yığması ilə heç-heçə edib. Şahmatçılarımız Arkadi Naydiç Sergey Karyaginə qalib gəlib. Eltac Səfərli Aleksandr Qrişuk, Nicat Abbasov Vladislav Artyomov ilə heç-heçə ediblər. Rauf Məmmədov isə Yan Nepomnyaşiyə məğlub olub.
Altı turun nəticəsinə görə Rusiya 10 xalla liderliyini davam etdirir. Hindistan, İngiltərə 9, ABŞ 8 xal toplayıb. Çin millisinin aktivində 6 xal, İranın isə 5 xal var. Azərbaycan, Qazaxıstan, İsveç milliləri 4 xal toplayıblar. Misirin isə 1 xalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]