MƏDƏNİYYƏT


Şair Nigar Həsənzadənin poeziya gecəsi keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

Şirvanşahlar Sarayı Kompleksində tanınmış şair, publisist Nigar Həsənzadənin “Nigar” adlı poeziya gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, gecədə şairin “Üfüq üzərindəki qanadlar”, “Gümüş”, “Başqalarının buludları altında”, “Biləklər” adlı müəllifi olduğu kitablarından, eləcə də nəşr olunmamış əsərlərindən müəllifin öz ifasında şeirləri söylənilib.

Poeziya axşamında, həmçinin Əməkdar artistlər Hüsniyyə Mürvətova, Münəvvər Əliyeva, Gülzar Qurbanova çıxış edərək şairin yaradıcılığından söhbət açıblar, eləcə də şeirlərindən nümunələr səsləndiriblər.

Qeyd edək ki, Nigar Həsənzadə Mədəniyyət Nazirliyinin “Ədəbiyyat” layihəsinin yaradıcısı və direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.