DÜNYA
Salamon adaları yaxınlığında Yaponiyanın İkinci Dünya müharibəsi zamanı batırılan gəmisi tapılıb
Tokio, 6 fevral, AZƏRTAC
ABŞ tədqiqat qrupu tərəfindən Salamon adaları yaxınlığında, təqribən 1000 metr dərinlikdə Yaponiyanın İmperator donanmasına məxsus “Hiey” xətt gəmisi aşkar edilib. Gəmi 1942-ci ildə Sakit okeanın cənubunda Quadalkanal uğrunda döyüşlər zamanı batırılıb.
AZƏRTAC xəbər verir ki, fevralın 6-da NHK telekanalı tədqiqatçılar tərəfindən gəminin tapıldığı ərazidə xüsusi avadanlıq vasitəsilə aparılan videoçəkilişləri nümayiş etdirib.
Videoyazıda gəminin yanı üstə düşdüyü, nəhəng vintləri və zenit toplarının lülələri aydın görünür.
“Hiey” linkoru 1914-cü ildə inşa edilib. Müasirləşdirmə məqsədilə aparılan dəyişikliklərdən sonra bu gəmi Pörl-Harbor uğrunda döyüşlərdə iştirak edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]