MƏDƏNİYYƏT


“Salnaməfilm” studiyasının istehsalı olan film beynəlxalq festivalın əsas müsabiqə proqramında

Bakı, 15 oktyabr, AZƏRTAC

Türkiyədə keçirilən V Türk Dünyası Sənədli Film Festivalının əsas müsabiqə proqramı elan olunub.

AZƏRTAC xəbər verir ki, əsas müsabiqədə ölkəmizi “Salnaməfilm” studiyasının istehsalı olan rejissor Vəli Səyyadinin “Hapıtlar” filmi təmsil edir. Bu dəfə tələbə filmləri kateqoriyasında isə istedadlı rejissorlarımız Nərmin Həsənovanın “Cəfər ömrü”, Anar Kakayevin “Torpağa bağışlananlar” və Fahir İmamquliyevin (Fahir Səmədoğlu) “Güllələnmiş məzarlar” filmləri yarışacaq.

Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə reallaşan festival “Türk mədəniyyəti və türkün dünyaya baxış bucağı” mövzusuna həsr olunub. Festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şimali Kipr, Macarıstan, Şimali Makedoniya, həmçinin Rusiya Federasiyasının Tatarıstan, Çuvaşiya, Başqırdıstan, Tuva, Yakutiya, Dağıstan və Xakasiya respublikaları iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.