ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “HD199478 ifratnəhəng ulduzunun spektrində udulma xətlərinin dəyişməsi” mövzusunda astroseminar keçirilib.
Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Şəfəq İsmayılovanın mövzu üzrə məruzəsi dinlənilib.
Məruzəçi HD199478 ifratnəhəng ulduzunun 2011-2015-ci illərdə ŞAR-ın 2 metrlik teleskopunda alınmış spektrləri əsasında He I, Si II, DNa I, C II profillərinin dəyişməsi və spektral parametrlərinin tədqiqinin nəticələrini şərh edib.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.