ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasında qoşa ulduz sistemlərində qeyri-stasionarlığın xüsusiyyətləri müzakirə olunub
Bakı, 23 may, AZƏRTAC
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, seminarda ŞAR-ın şöbə müdiri, dosent Bayram Rüstəmovun “Qoşa ulduz sistemlərində qeyri-stasionarlığın bəzi xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi kiçik (T Tauri) və orta kütləli (Ae/Be Herbiq ulduzları və UXOR-lar) cavan ulduzların spektral və fotometrik dəyişkənliyinin xüsusiyyətlərində qoşalıq effektinin roluna aid nəzəri və müşahidə işlərinin icmalını təqdim edib.
Çıxışda təqdim olunan nəzəri modellər toplusunda cavan ulduzların rəsədxanada tədqiqinin vəziyyəti və perspektivləri barədə fikirlər səsləndirilib.
Sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.